"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

“İri hərflərlə yazıb Milli Məclisin iclas salonunda asmaq lazımdır”

06 İyun 2023 - 21:49
in Cebhe-banner, MANŞET, MÖVQE, ÖNƏMLİ
FacebookVatsap

Qüdrət Həsənquliyev: “Daxili Nizamnamənin 13-cü maddəsinə görə, iclasa sədrlik edən çıxış etmək üçün israr edən deputatlara söz verir;

Bunu da oxuyun

İrandan yeni təhdid: Müharibənin coğrafiyasını dəyişəcəyik

Yuxunun keyfiyyəti, yoxsa müddəti daha vacibdir?

Tramp: “Bütün İranı havaya uçura bilərəm”

Dəfələrlə bu barədə danışılsa da qanunun bu tələbi yadda qalmır”

Elchi.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edir:

– Qüdrət bəy, dövlət büdcəsinə dəyişiklik edilməsi ilə bağlı məsələ müzakirə edilərkən başqa həmkarınızın israrı ilə ona söz verilsə də sizə belə bir imkan yaradılmadı. Ümumiyyətlə, ölkə həyatı üçün bu qədər ciddi maliyyə sənədi müzakirə olunarkən deputatın israr etməsinə baxmayaraq, ona söz verilməməsi nə dərəcədə doğrudur və Milli Məclisin Daxili Nizamnaməsi ilə bu məsələ necə tənzimlənir?

– Siyasətdə bu və ya digər motivlərlə kimlərəsə daxili rəğbətin müxtəlif formalarda nümayiş etdirilməsi, reveranslar edilməsi rast gəlinən haldır. Bir çox hallarda doğru, yaxud yanlış olaraq vəziyyətin dəyişəcəyi barədə düşüncələr belə davranışa rəvac verir. Son vaxtlar Rusiyada tez-tez belə halları müşahidə etmək mümkündür. Daxili Nizamnamənin 13-cü maddəsinə görə, iclasa sədrlik edən çıxış etmək üçün israr edən deputatlara söz verir. Dəfələrlə bu barədə danışılsa da qanunun bu tələbi yadda qalmır. Ona görə həmin normanın iri hərflərlə yazılıb Milli Məclisin iclas salonunda hər kəsin görə biləcəyi yerdə asılmasına ehtiyac var. Milli Məclisdə tənqidi və fərqli çıxışların edilməsinə imkan yaradılmalıdır. Sədrin mənə cavabından ikinci oxunuşda da çıxış etmək imkanı yaradılmayacağı qənaətindəyəm, ona görə də çıxışımın mətnini sizə təqdim edirəm:

“Bazar iqtisadiyyatına keçid etməliyik”

“Büdcə gəlirlərinin artması səbəbindən, 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklərin edilməsi təqdirəlayiq hal olsa da, narahatlıq doğuran müəyyən məsələlər də var.

Qanun layihəsinə dair təqdim olunmuş izahatda vergilər xətti ilə qeyri-neft sektoru üzrə daxilolmalar 8 milyard 903 milyon manata çatdırılır ki, bu da cari il üçün təsdiq olunmuş göstəricilərlə müqayisədə 545 milyon manat çoxdur. DGK-nın xətti ilə daxilolmalar 5 milyard 728 milyon manat məbləğinə çatdırılır ki, bu da 2023-cü ilin təsdiq olunmuş göctəriciləri ilə müqayisədə 924 milyon manat və ya 19.3 % çoxdur. Hökumət bu artımı əmtəə bazarlarında qiymət dinamikaları və cari ilin birinci rübündə dövlət büdcəsinin gəlirlərinin faktiki icra vəziyyəti ilə əlaqələndirir (İzahatın 3-cü səhifəsi).

Neftin qiymətinin baha olması səbəbindən bu sektordan daxilolmaların artması başadüşüləndir, amma qeyri – neft sektorundan əlavə dəyər yaratmadan gömrük və vergi daxilolmaları üzrə proqnozların bu qədər artırılmasının qiymət artımına və inflyasiyaya yol açacağı şübhəsizdir.

Bizə məlumat verilmir ki, nə qədər yeni iş yeri açılıb, idxal əməliyyatları ilə məşğul olan fiziki və hüquqi şəxslərin sayında nə qədər artım var? İdxal niyə artır? İdxal olunan malların çeşidində və həcmində artım nə qədərdir? Bu rəqəmlərdə ciddi artım olmadan yalnız qiymət dinamikasına görə proqnozların bu qədər artırılması kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmır.

Hamımız başa düşürük ki, Qarabağı bərpa etmək, Ordunu gücləndirmək lazımdır. Amma ömür də keçir. Mənə verilən məlumata görə 8 minə qədər müharibə əlili, şəhid ailəsi ev növbəsindədir, ehtiyata buraxılmış zabitlər 5-6 il mənzil növbəsində gözləyir, onlara ev verilənə qədər cəmi 350 manat mənzil kirayə haqqı ödənilir. Həmin vəsaitlə necə normal mənzil kirayələmək olar? Həm də ordudan başqa Silahlı Qüvvələrə daxil olan digər hərbi birləşmələrin zabitlərinə bu hüquq tanınmır. Niyə?

Axı onların hamısı müharibə dövründə Ordumuzla birlikdə torpaqlarımızın azadlığı üçün çiyin-çiyinə döyüşürdü. Bu ədalətsizliyin aradan qaldırılması və qeyd etdiyim kateqoriyadan olan şəxslərin də digərləri ilə birlikdə ən geci 2-3 il ərzində mənzillə təmin olunması məqsədilə əlavə vəsait ayrılmasını təklif edirəm. Neft Fondundan bu məqsədlə vəsait ayırmaq lazımdır. Çox da səmərəli istifadə olunmayan neft fondunun vəsaitləri həmin kateqoriyadan olan insanlara göz dağına çevrilməməli, həssas təbəqədən olan insanların sosial problemlərinin həllinə yönəldilməlidir. Cari ilin 1-ci rübündə orta illik inflyasiyanın 13.4 % , ərzaq malları üzrə orta illik inflyasiyanın 16.6 % olmasını nəzərə alaraq, digər dövlət orqanları ilə müqayisədə ən az maaş alan DİN və FHN-nin əməkdaşlarının, Ədliyyə Nazirliyində müəyyən kateqoriyadan olan şəxslərin, həkimlərin, müəllimlərin əmək haqlarının, pensiyaların əhəmiyyətli məbləğdə artırılmasına ehtiyac var.

Bundan başqa, mülki cəmiyyəti və çoxpartiyalı sistemi inkişaf etdirmək üçün reklam bazarı olmadığını nəzərə alaraq, KİV-lərə , xarici donorlardan qrant almaq imkanı olmadığından QHT-lərə, o cümlədən siyasi partiyalara kömək məqsədilə büdcədən ayrılan vəsait artırılmalıdır. Yeri gəlmişkən, onu da qeyd edim ki, Qarabağda təbiətimizi vəhşicəsinə istismar edən işğalçılara Şuşada etiraz edən QHT-lərin fəaliyyəti daha ciddi dəstəklənməli idi və dəstəklənməlidir.

Büdcə gəlirlərini artırmaq, onun oğurlanmasının qarşısını almaq və ondan daha səmərəli istifadə üçün şəffaflıq artırılmalı, iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindən çıxarılmalı, dövlət inhisarçılığına son qoyulmalı, rəqabət mühiti yaradılmalı, vergi və rüsumlardan azad etməklə proteksionizmə son qoyulmalı, böyük özəlləşdirməyə gedilməli, investisiya cəlbi üçün biznes mühitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər görülməlidir. İzahatda Rusiyada sanksiyalar ucbatından neft hasilatının azalacağı proqnozlaşdırılsa da Rusiya -Ukrayna müharibəsinin uzun müddət davam etməsi ehtimalı çox azdır. Allah yardımçı olsun ki, müharibə tez bitsin, insanlar həyatını itirməsin. Amma onu da nəzərə almalıyıq ki, müharibə başa çatan kimi Rusiyanın müəyyən xərcləri qarşılaması üçün sanksiyalar aradan qaldırılacaq və Rusiya neft və qaz hasilatını kəskin artıracaq, bunun nəticəsində enerji daşıyıcılarının qiymətləri aşağı düşəcək və biz 2014-cü ildə olduğu kimi ciddi sınaqlarla üz-üzə qalacağıq. Bütün bunları nəzərə alıb nəhayət ki, dövlətin iqtisadiyyatda iştirakını minimuma endirib bazar iqtisadiyyatına keçid etməliyik.

Previous Post

“İri hərflərlə yazıb Milli Məclisin iclas salonunda asmaq lazımdır”

Next Post

Bölgələrə dolu düşüb, Girdimançaya sel gəlib – Faktiki hava

Bənzər yazılar

İrandan yeni təhdid: Müharibənin coğrafiyasını dəyişəcəyik

İrandan yeni təhdid: Müharibənin coğrafiyasını dəyişəcəyik

21 Sentyabr 2026 - 11:41

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Möhebbi bəyan edib ki, əgər ABŞ İrana qarşı yeni hücuma keçərsə, onlar həm...

Yuxunun keyfiyyəti, yoxsa müddəti daha vacibdir?

Yuxunun keyfiyyəti, yoxsa müddəti daha vacibdir?

21 Sentyabr 2026 - 11:07

Təxminən 100 000 nəfərin məlumatlarını təhlil edən bir araşdırma, yuxu keyfiyyətinin sağlamlıq üçün yuxu müddəti qədər vacib ola biləcəyini üzə...

Tramp: “Bütün İranı havaya uçura bilərəm”

Tramp: “Bütün İranı havaya uçura bilərəm”

21 Sentyabr 2026 - 10:39

Tehranın "ağır zərbələr"lə bağlı xəbərdarlığından sonra ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt bəyanatlar verərək, ölkəni tamamilə məhv etməklə hədələyib....

Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb

Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb

20 Sentyabr 2026 - 12:54

Macarıstandakı "Pakş" atom elektrik stansiyasının (AES) ikinci enerji blokunun iş gücü mexaniki avadanlığın nasazlığı səbəbindən azaldılıb. Elchi.az xəbər verir ki,...

Next Post
Bölgələrə dolu düşüb, Girdimançaya sel gəlib – Faktiki hava

Bölgələrə dolu düşüb, Girdimançaya sel gəlib - Faktiki hava

Bölgələrə dolu düşüb, Girdimançaya sel gəlib – Faktiki hava

Bölgələrə dolu düşüb, Girdimançaya sel gəlib - Faktiki hava

Son xəbərlər

MÜTDA: 104 mindən çox uşaq məktəbəhazırlıq qrupuna qəbul olub

MÜTDA: 104 mindən çox uşaq məktəbəhazırlıq qrupuna qəbul olub

21 Sentyabr 2026 - 17:24
Niderlandda yaşayış binası yaxınlığında güclü partlayış baş verib

Niderlandda yaşayış binası yaxınlığında güclü partlayış baş verib

21 Sentyabr 2026 - 17:17
Qranit Caka 5 ilədək həbs oluna bilər

Qranit Caka 5 ilədək həbs oluna bilər

21 Sentyabr 2026 - 17:10
CNN, “MS NOW” və “Politico” Tramp administrasiyasını məhkəməyə verir

CNN, “MS NOW” və “Politico” Tramp administrasiyasını məhkəməyə verir

21 Sentyabr 2026 - 16:58
FIFA U-15 dünya çempionatı ilə bağlı Azərbaycana gələnlər üçün viza prosedurları sadələşdirilib

FIFA U-15 dünya çempionatı ilə bağlı Azərbaycana gələnlər üçün viza prosedurları sadələşdirilib

21 Sentyabr 2026 - 16:46
Özünüməşğulluq proqramı üzrə regionlarda 93 min şəxs üçün təsərrüfatlar qurulub

Özünüməşğulluq proqramı üzrə regionlarda 93 min şəxs üçün təsərrüfatlar qurulub

21 Sentyabr 2026 - 16:37
AZAL Mərkəzi Asiya üzrə üçüşlar şəbəkəsini genişləndirir

AZAL Mərkəzi Asiya üzrə üçüşlar şəbəkəsini genişləndirir

21 Sentyabr 2026 - 16:25
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb

Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb

21 Sentyabr 2026 - 16:19
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

21 Sentyabr 2026 - 16:06
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar

Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar

21 Sentyabr 2026 - 15:42
Silahın səsindən xeyirxahlığın  səsinə uzanan bir ömür

Silahın səsindən xeyirxahlığın səsinə uzanan bir ömür

21 Sentyabr 2026 - 13:13
Zakir Həsənov Pakistana başsağlığı verib

Zakir Həsənov Pakistana başsağlığı verib

21 Sentyabr 2026 - 12:28
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

Pensiyalar sabah tam ödəniləcək

21 Sentyabr 2026 - 12:20
Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq, duman olacaq

21 Sentyabr 2026 - 12:17
Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak etdi

Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak etdi

21 Sentyabr 2026 - 11:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.