İraqın Ərbil şəhərinin Soran, Halifan və Harir rayonlarına pilotsuz təyyarə hücumları həyata keçirilib. Ölən və yaralanan olmasa da, maddi ziyan dəyib.
Elchi.az xəbər verir ki, Ərbildən yayımlanan Rudaw televiziyasının məlumatına görə, vurulan pilotsuz təyyarənin hissələri Soran rayonundakı bir evə dəyib. Halifan və Harir rayonlarında pilotsuz təyyarələrin düşdüyü dağlıq ərazilərdə yanğınlar baş verib. Pilotsuz təyyarələrin düşməsinə səbəb olan hücumların mənbəyi hələ müəyyən edilməyib.
Şayəstə





















