İraqda siyasi qalmaqal: Baş nazir prezidenti tanımadı

🗓 11.08.2014 13:58 ✍️ "Elçi" qəzeti
İraqın Baş naziri Nuri əl-Malikiyə məxsus qüvvələr Bağdadın hökumət məhəlləsini nəzarətə götürüb.1407743261 Strateji obyektlər əhatəyə alınıb. Ölkədən çıxışa ciddi şəkildə nəzarət olunur, küçələrə tanklar yeridilib.   Qoşunlar Bağdada Nuri əl-Malikinin televiziyadakı müraciəti ilə eyni vaxtda çıxarılıb. O, ölkə Prezidenti Fuad Massuma faktiki olaraq müharibə elan etdiyini deyib: “Mən bu gün öz siyasi məqsədləri naminə Konstitusiyanı pozan, məkrli maraqlarını İraq xalqının mənafeyindən üstün tutan prezidentə qarşı federal məhkəməyə rəsmi ərizə verəcəm”.   Əl-Maliki bildirib ki, vəzifədən getmək istəmir və kabinetə üçüncü müddətə rəhbərlik etməyə hazır olduğunu açıq şəkildə deyib.   Qeyd edək ki, indiki prezidentin lideri olduğu Kürd Milli Koalisiyası Nuri əl-Malikinin namizədliyini dəstəkləməkdən imtina edir.   AzərTAc

Bənzər yazılar