İraq məhkəməsi ölkənin şimalında yerləşən Kərkük şəhəri yaxınlığındakı hərbi bazaya raket atan üç nəfər barəsində hökm çıxarıb. Hücum zamanı həmin bazada beynəlxalq koalisiyanın tərkibindəki Fransa kontingenti yerləşirdi.
Elchi.az xəbər verir ki, bu barədə Bağdadın Əl-Kərx rayonunun cinayət məhkəməsinin qərarında bildirilir.
“Əl-Kərx məhkəməsi üç məhbusu “K-1″ aviabazasına və onun ərazisində olan Fransa hərbçilərinin dəstəsinə raket atmaqda təqsirli bilib. Təqsirləndirilən şəxslərin hər biri 15 il müddətinə azadlıqdan məhrum edilib”, — deyə məhkəmə instansiyası qeyd edib.
Məhkəmə qərarında izah olunur ki, təqsirləndirilən şəxslər 2026-cı ilin yazında ölkədə təhlükəsizliyi və sabitliyi pozmaq, əhali arasında təşviş yaratmaq məqsədilə “K-1” düşərgəsinə raketlərin buraxılmasında iştirak ediblər. Həmin raketlər beynəlxalq koalisiyanın Fransa hərbçilərindən ibarət qrupunun yaxınlığına düşüb. Əl-Kərx məhkəməsinin hökmü İraqın Terrorla Mübarizə Qanununa uyğun olaraq çıxarılıb.
Məryəm





















