İraqın təhlükəsizlik qüvvələri İŞİD terror qruplaşmasında olan Mosulun qərbindəki iki rayonu azad edib.
Bu barədə məlumat “Associated Press”-də yer alıb.
Məlumata görə, hökumət qüvvələri bazar günü səhər Tayaran rayonuna daxil olublar. Ağır döyüşlərdən sonra bu rayonun nəzarətini ələ keçirə biliblər. Günün yarısında isə hökumət qüvvələri daha bir rayonu-Mamuni ələ keçirə biliblər.