İraq hakimiyyəti “Qərbi Kurna-2” neft yatağının idarəsini Chevron şirkətinə verib. Bu yataqda Lukoyl şirkətinin də payı var idi.
Elchi.az xəbər verir ki, bu barədə “INA” məlumat yayıb.
İraq “yerli neft şirkətləri ilə Chevron arasında iki ilkin saziş imzalayıb”, — deyə agentlik bildirir. Bildirilir ki, ilkin saziş Basra Oil Company ilə Chevron arasında “Qərbi Kurna-2” neft yatağının idarəsinin göstərilən ABŞ şirkətinə verilməsi barədə bağlanıb. Sənədlərin imzalanma mərasimi Məhəmməd əs-Sudaninin iştirakı ilə keçirilib.
Məryəm





















