İraqda Quranın yandırılması aksiyasının təkrarlanması zamanı İsveçlə diplomatik əlaqələrin mümkün kəsilməsinə eyham vurublar. Elchi.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Telekanalın İraqın baş naziri Məhəmməd əl-Sudaninin ofisindəki mənbəsinin sözlərinə görə, ölkə hakimiyyəti bu cür hərəkətlərin təkrarlanacağı təqdirdə Stokholmla münasibətləri dayandırmaq barədə düşünə bilər.
Qeyd edək ki, bundan əvvəl Bağdadda yüzlərlə etirazçının İsveç səfirliyinə basqın edərək onu yandırdığı bildirilirdi. Reuters agentliyinin həmsöhbətinin sözlərinə görə, səfirlik əməkdaşlarından heç biri xəsarət almayıb.
Havar Şəfiyeva