ABŞ prezidenti Donald Trampın sözlərinə görə, Amerikanın İslam Respublikasına qarşı dəniz blokadası davam edərsə, İran neft boru kəmərləri təxminən üç gün ərzində partlaya bilər.
Elchi.az xəbər verir ki, Amerika lideri vurğulayıb ki, İranın neft kəmərləri külli miqdarda neft daşıyır.
“Və hər hansı bir səbəbdən həmin xətt onu anbarlara və ya gəmilərə yükləyə bilmədiyi üçün bağlanarsa, bu, onların (İran) başlarına gələn hadisədir, çünki blokadaya görə gəmiləri yoxdur, o zaman bu xətt içəridən özünü partladacaq”. Tramp qeyd edib ki, İranın “bunun baş verməsinə təxminən üç gün vaxtı var”.
Amerika prezidentinin sözlərinə görə, belə bir inkişaf baş verərsə, İran neft hasilat imkanlarının yarısını itirə bilər.
Yeganə





















