"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

İranın gizli nüvə proqramında `erməni izi` – TAM MƏXFİ

19 Dekabr 2016 - 10:48
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

Amerika Birləşmiş Ştatları 2002-ci ilin may ayının 9-da İranın nüvə proqramına yardım etməkdə günahkar bilinən Ermənistan, Çin və Moldova şirkətlərinə sanksiyalar tədbiq etməklə bağlı qərarını açıqlamışdı. Bu fakt sübut edirdi ki, erməni şirkətləri ABŞ-ın İrana qarşı mübarizəsinin ən gərgin vaxtlarında belə, həmin ölkənin nüvə texnologiyasına sahib çıxmasına yardım göstərir. Bu, İran-Ermənistan qardaşlığını sübut dəlillərdən sadəcə biridir.

Həmin vaxt Vaşinqton adı çəkilməyən erməni şirkətlərini dərinləşən Ermənistan-İran münasibətləri fonunda cəzalandıracağını açıq şəkildə elan etmişdi. Amerika rəsmiləri bildirirdi ki, Ermənistan beynəlxalq norma və prinsipləri pozaraq, nüvə silahın hazırlanması ilə əlaqədar İrana mütəxəssis və texnologiya məsələsində gizlicə köməklik edib. Tətbiq edilən sanksiyada qeyd olunurdu ki, erməni şirkətləri öz məhsullarını nə ABŞ-da sata, nə də Amerikadan hansısa bir şəkildə yardım ala bilərlər.

Ermənistan isə özünü müdafiə etmək üçün guya bu işdən xəbərsizmiş kimi, həmin faktı araşdıracağını açıqlamışdı. Ermənistanın xarici işlər nazirliyinin rəsmi şəxslərindən biri sanksiyaları şərh edərərək demişdi: “ABŞ son dövrlərədək İran-Ermənistan işbirliyinə münasibət bildirməyərək, təmkinli davranırdı. Birləşmiş Ştatlar sözsüz ki, bundan sonra Ermənistan-İran əlaqələrini nəzarətdə saxlayacaq, əlaqələri daha yaxından müşahidə edəcək”.

Maraqlıdır ki, Corc Buş administrasiyası nüvə proqramı ilə bağlı İrana müxtəlif texnologiyaları satan Ermənistan şirkətlərinin adlarını açıqlamamışdı.

Qeyd etmək lazımdır ki, Sovet dönəmində Ermənistan çoxprofilli müdafiə sənayesinin mərkəzlərindən biri sayılırdı. Bu ölkədə mikroçiplər, kompüter proqramları, nüvə texnologiyasına aid detallar istehsal olunurdu. Demək olar ki, hazırda bütün bu müəssisələr Ermənistan dövlətinin nəzarətindədir. Bu səbəbdən də əminliklə söyləmək olar ki, texnoloji ləvazimatların İrana qanunsuz satılmasında birbaşa Ermənistan dövlətinin əli var.

Ermənistanın sabiq xarici işlər naziri (1996-1998) Aleksandr Arzumanyan ABŞ sanksiyalarına münasibət bildirərək vurğulamışdı ki, “Erməni şirkətlərinin İranla hansısa təhlükəyə səbəb olacaq əməkdaşlığı yoxdur. Əgər varsa, bizim rəsmilər bundan xəbərsizdirlər”.

O, daha sonra əlavə etmişdir ki, “Amerikanın narahatçılıqlarına baxmayaraq, Ermənistanın hər zaman İranla sıx münasibətləri olub. İran Ermənistanın dostudur və onunla əməkdaşlıq heç bir halda İrəvanın zərərinə ola bilməz”.

Ermənistanın o zamankı prezidenti Robert Köçəryan açıqlamasında demişdi ki, “Əgər ABŞ-ın dedikləri doğrudursa, o halda bunun niyə və necə baş verdiyini araşdırmaq lazımdır”.

Çox maraqlıdır ki, ABŞ 2002-ci ildə Ermənistana qarşı təbiq etdiyi sanksiyaları açıqladıqdan bir müddət sonra Ermənistandakı Amerika səfiri Con Orvey İrəvanın Tehranla münasibətlərdə çox irəli getdiyinə diqqət çəkmişdi. ABŞ səfiri faktla bağlı İrana üstüörtülü mesaj verərək, bildirmişdi ki, “Ermənistanın İranla qonşu olaraq ikitərəfli münasibətləri inkişaf etdirməsinə biz bir şey demirik. İran nüvə silahına sahib olmağa çalışan təhlükəli dövlətdir və Ermənistanın onunla çox yaxın olması bu məsələdə daha diqqətli davranmasını şərtləndirir”.

2002-ci ildə dövlət katibinin sözçüsü Ricard Baucer məsələ ilə bağlı açıqlmasında bildirir ki, ABŞ konqresinin sanksiya paketinə İrana nüvə texnologiyasına sahib olmaqda yardım etdiyinə, o cümlədən, kütləvi qırğın silahlarının istehsalında əməkdaşlığına görə, erməni şirkətləri də daxil edilib. Ancaq sözçü konkret şirkətlərinin adını çəkməmişdi. Qeyd etmişdi ki, adlar ABŞ dövlətinin rəsmi qəzeti “Federal Register”də dərc olunacaq.

Faktlar arasında o da göstərilir ki, Ermənistandan İrana 5 milyon dollardan çox dəyərində metal məhsulları, texniki aparatlar və kimyəvi maddələr ixrac edilib. Eksperlərə görə, o məhsullardan İranın nüvə texnologiyasına yiyələnməsində istifadə olunub. ABŞ-ın 2002-ci ilə dair məlumatlarında vurğulanır ki, Ermənistan, Çin və Moldova tərəfindən İrana satılmış maddələrdən uzaqmənzilli raket, kimyəvi və bioloji, eləcə də nüvə silahının yaradılmasında istifadə olunub.

O da istisna deyil ki, İran-Ermənistan əməkdaşlığının bu istiqaməti gələcəkdə köhnəlmiş və təhlükəli Metsamor AES-in elə Tehranın köməyilə yenidən strukturlaşdırılmasına gətirib çıxara bilər.

Previous Post

İranın gizli nüvə proqramında `erməni izi` – TAM MƏXFİ

Next Post

Rusiya təyyarəsi 3 hissəyə parçalandı – Qəza

Bənzər yazılar

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

30 Oktyabr 2026 - 23:33

ABŞ hakimiyyəti Ukraynaya "Patriot PAC-3" zenit-raket kompleksi üçün 500 ədəd PAC-3 raketinin və müvafiq avadanlıqların 2,1 milyard dollara satışını təsdiqləyib....

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

30 Oktyabr 2026 - 21:13

Misli Premyer Liqasının X turunda "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub. Elchi.az -ın məlumatına görə, Tovuz şəhər stadionunda baş tutan...

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

30 Oktyabr 2026 - 21:11

BƏƏ sahillərində "Gem No. 2" tankerindən neft sızması dayandırılıb, yeni neft sızması halları aşkar edilməyib, zərər çəkmiş sahilboyu ərazilərin təmizlənməsi...

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

30 Oktyabr 2026 - 20:29

Yəmənin hökumət qüvvələri "Yəmən şəfəqi" hücum əməliyyatı çərçivəsində son saatlar ərzində husilərə 1087 zərbə endirdiyini açıqlayıb. Elchi.az xəbər verir ki,...

Next Post

Rusiya təyyarəsi 3 hissəyə parçalandı - Qəza

Rusiya təyyarəsi 3 hissəyə parçalandı - Qəza

Son xəbərlər

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

31 Oktyabr 2026 - 15:55
“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

31 Oktyabr 2026 - 15:24
Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

31 Oktyabr 2026 - 14:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.