“İranın Azərbaycana olan münasibətinin nə vaxtsa müsbət mənada dəyişəcəyini gözləmirik
Ona görə Etminstanın məğlub olması İranla Azərbaycanın toqquşmasına səbəbi oldu”-bu sözləri Elchi.az-a açıqlamasında Beynəlxalq Münasibətlər üzrə ekspert Əlibəyli Əziz deyib.
O bunun Azərbaycanın qalib olmasını İran qəbul edə bilməməsi ilə əlaqədar olduğunu bildirib
“İran dövləti 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsinə uyğun işləyir və Cənubi Qafqazı İranın tərkib hissəsi kimi hesab edir. Ən pisi də odur ki, İranda 2005-ci ildən etibarən dövlətdə diplomatların və peşəkar idarəçilərin sayı azalıb və onları hərbiçilər, kəşfiyyatçılar əvəz edir”.
Siyasətçi İranın uzun illər Azərbaycanda şəriət rejiminin qurmaq istədiyini vurğulayıb:”Biz bunu qəbul etmədikcə onlar Rusiya və Ermınistan digər ölkələrin əli ilə Azərbaycanın nüfuzuna xələl gətirməyə çalışırlar”.
Havar Şəfiyeva