İranın 5 şəhərində təbii qaz kəsilib

35

Türkmənistanın təbii qaz ixracını dayandırması səbəbindən şəbəkələrdə təzyiqin düşməsi İranın Rezevi Xorasan vilayətinin 5 şəhərinə təbii qazın kəsilməsinə səbəb olub.

Elchi.az xarici mediaya istinadən xəbər verir ki, İran dövlət televiziyasına danışan Rezevi Xorasan vilayətinin Təbii Qaz Şirkətinin baş direktoru Həsən İftihari mövzu ilə bağlı açıqlamalar verib.

İftihari, “Ölkənin şimal və şimal-şərqindən təbii qazın daxil olması ilə bağlı problem yaşandı. Şəbəkə təzyiqinin azalması səbəbindən Kəşmir, Nişapur, Sebzivar, Berdesken və Turbet Camda qazın verilməsində kəsilmələr edildi”,-deyə bildirib.

Təbii qazdan istifadəni azaltmaq üçün ictimaiyyətə tövsiyə edən İftihari, lazım olmadıqca təbii qaz çatışmazlığı olan başqa bir şəhər olan Məşhədə getməməyə çağırıb.

Məşhəd valiliyi təbii qazda yaşanan problemlərə görə şəhərdəki ibtidai və orta məktəblərdə və universitetlərdə təhsilin həftə sonuna qədər dayandırıldığını da açıqlayıb.

Təbii qaz ehtiyatlarına görə dünyada birinci yerdə olan İran, evlərdə istilik izolyasiyası problemi və insanların qışda qazdan istifadəsinin yüksək olması səbəbindən daxili istehlakı qarşılamaq üçün kifayət etmir. Qış aylarında təbii qaz istehlakını azaltmaq üçün bir çox şəhərlərdə məktəblər və dövlət idarələri vaxtaşırı bağlanır.

Yeganə