"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

İranı birbaşa münaqişəyə girməkdən çəkindirən faktorlar

12 Aprel 2023 - 09:40
in MANŞET, MÖVQE
FacebookVatsap

Qafqaz və Mərkəzi Asiya üzrə analitik Vəli Kaleci isə İran və ərəb KİV-lərində dərc olunmuş təhlillərində gərginliyin savaşa çevrilmək ehtimalının olmamasını səbəblərini sadalayır.

Bunu da oxuyun

İlon Maskın yarım milyardlıq uğursuz seçki mərcı

“İqtisadiyyatın artım tempinin azlığı hamımızı narahat etməlidir”- Qüdrət Həsənquliyev

Prezident və birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar – YENİLƏNİB

Onun fikrincə, başlıca səbəb mürəkkəb balans siyasətidir. Belə ki, İranın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 50%-dən çoxu Azərbaycandan keçir ki, bu da Ermənistan və Gürcüstan arasında ticarətin ümumi həcminə bərabərdir. İran Azərbaycana səkkizinci ən böyük ixracatçıdır, 2022-ci ilin ilk doqquz ayında İranın Xəzər dənizi ölkələri ilə ümumi ticarətinin 19%-i Azərbaycanın payına düşüb.

Deeskalasiyada mühüm rol oynayan ikinci amil tranzit – nəqliyyat xətləridir. İran Azərbaycan üçün Bəsrə körfəzinə, Oman dənizinə, ərəb dünyasına və xüsusən də Bakı ilə yaxın və strateji tərəfdaşlığa malik Pakistana aparan yeganə birbaşa və ucuz tranzit marşrutudur. Azərbaycana gəlincə,həm beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizinin əsas həlqəsidir, həm də İranın Rusiya, Gürcüstan və Belarusla əsas tranzit və ticarət yoludur.

Digər amil Tehran və Bakının Ermənistan və İsraillə münasibətləridir. Həm Azərbaycan, həm də İran münasibətlərin pisləşməsinin qarşı tərəfi İrəvan və Təl-Əvivdəki rəqibləri ilə daha sıx işləməyə məcbur edə biləcəyindən narahatdırlar. İranla Azərbaycan arasında münasibətlərin gərgin olduğu bir vaxtda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın 2021-ci ilin oktyabrında Tehrana səfəri və Bakının 2022-ci ilin noyabrında Təl-Əvivdə səfirlik açması buna misal ola bilər. Artan gərginlik bu qərarların katalizatoru rolunu oynayıb; Tehran və Bakının təhdidlər və çəkindirmə imkanlarını tarazlaşdırmaq üçün Ermənistan-İsrail kartından necə istifadə etdiklərini göstərir.

Kaleci bildirir ki, Azərbaycanla İsrail arasında artan əlaqələrin arxasında bir çox səbəb və məqsədlər dayanır. Siyasi baxımdan Azərbaycanın Qərbdə, xüsusən də ABŞ-da erməni təsirinə qarşı durmaq üçün yəhudi lobbisinə ehtiyacı var , eyni zamnadan iqtisadi baxımdan Azərbaycan İsrailin əsas neft tədarükçüsüdür. Yəni Tehranın bu münasibətlərdən qıcıqlanması yersizdir.

Başqa amil Türkiyədir, xüsusən İkinci Dağlıq Qarabağ müharibəsindən sonra Bakı-Ankara oxu daha da güclənib.

Bundan əlavə, Azərbaycan və Türkiyə ilə qarşıdurmanın güclənməsi İranın şimal-qərbində azərbaycanlıların məskunlaşdığı ərazilərdə pantürkist və panazərbaycançı qrupların fəallığını artıra bilər ki, Tehran bunu arzulamazdı.

Növbəti amil Tehranla Bakının münasibətlərində vasitəçi rolunu oynamağa çalışan Rusiyadır. Onun qənaətinə görə, Ukraynadakı müharibədən sonra İrana yaxınlaşan Türkiyə və Rusiya vasitəçi rolunda çıxış edə bilər ki, bu da hazırda Çinin İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin bərpasında oynadığı rola bənzəyir.

Sonuncu amil, Ukraynadakı müharibə nəticəsində Orta Dəhlizdəki roluna görə Avropanın Azərbaycandan tranzit asılılığı, eləcə də Avropa üçün əsas alternativ neft-qaz tədarükçüsü kimi mövqeyidir. Tehranla Bakı arasında gərginliyin artması enerji resurslarının Avropaya nəqli marşrutlarından birini ciddi şəkildə təhdid edə bilər.

Cəmaləddin Quliyev

Previous Post

İranı birbaşa münaqişəyə girməkdən çəkindirən faktorlar

Next Post

Braziliyada sahildə onlarla ölü vatoz tapılıb

Bənzər yazılar

İlon Maskın yarım milyardlıq uğursuz seçki mərcı

İlon Maskın yarım milyardlıq uğursuz seçki mərcı

04 Noyabr 2026 - 16:45

İlon Maskın bəxti gətirmədi. O, respublikaçıları dəstəkləmək üçün təxminən yarım milyard dollar xərclədi, lakin onlar ABŞ-dəki seçkilərdə məğlub oldular. Elchi.az...

“İqtisadiyyatın artım tempinin azlığı hamımızı narahat etməlidir”- Qüdrət Həsənquliyev

“İqtisadiyyatın artım tempinin azlığı hamımızı narahat etməlidir”- Qüdrət Həsənquliyev

04 Noyabr 2026 - 16:26

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 4-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun...

Prezident və birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar – YENİLƏNİB

Prezident və birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar – YENİLƏNİB

04 Noyabr 2026 - 16:10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva noyabrın 4-də Bakı Ekspo Mərkəzində keçirilən “AIREX...

Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm halı qeydə alınıb

Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm halı qeydə alınıb

03 Noyabr 2026 - 12:11

Nyu-York ştatının şimalındakı kənd yerində bir uşaq qızılcadan vəfat edib. Elchi.az-ın məlumatına görə, rəsmilər bazar ertəsi "Associated Press" agentliyinə bildiriblər...

Next Post
Braziliyada sahildə onlarla ölü vatoz tapılıb

Braziliyada sahildə onlarla ölü vatoz tapılıb

Elektrik enerjisi ilə bağlı qalıq yanacaq emissiyalarının azalacağı gözlənilir

Elektrik enerjisi ilə bağlı qalıq yanacaq emissiyalarının azalacağı gözlənilir

Son xəbərlər

Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib

Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib

04 Noyabr 2026 - 17:15
Monteneqronun Aİ-yə daxil olacağı tarix açıqlanıb

Monteneqronun Aİ-yə daxil olacağı tarix açıqlanıb

04 Noyabr 2026 - 17:09
Qızıl bazarında mərkəzi bankların alışları artıb, zərgərlik tələbatı azalıb

Qızıl bazarında mərkəzi bankların alışları artıb, zərgərlik tələbatı azalıb

04 Noyabr 2026 - 16:58
İlon Maskın yarım milyardlıq uğursuz seçki mərcı

İlon Maskın yarım milyardlıq uğursuz seçki mərcı

04 Noyabr 2026 - 16:45
Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əlaqələr genişləndirilir

Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əlaqələr genişləndirilir

04 Noyabr 2026 - 16:38
“İqtisadiyyatın artım tempinin azlığı hamımızı narahat etməlidir”- Qüdrət Həsənquliyev

“İqtisadiyyatın artım tempinin azlığı hamımızı narahat etməlidir”- Qüdrət Həsənquliyev

04 Noyabr 2026 - 16:26
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib

04 Noyabr 2026 - 16:18
Asif Əli Zərdari Zəfər Günü münasibətilə Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Asif Əli Zərdari Zəfər Günü münasibətilə Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

04 Noyabr 2026 - 16:15
Səudiyyə Ərəbistanı Kralı Prezident İlham Əliyevi təbrik edib

Səudiyyə Ərəbistanı Kralı Prezident İlham Əliyevi təbrik edib

04 Noyabr 2026 - 16:12
Prezident və birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar – YENİLƏNİB

Prezident və birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar – YENİLƏNİB

04 Noyabr 2026 - 16:10
Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi mexanizmi müəyyənləşib

Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi mexanizmi müəyyənləşib

04 Noyabr 2026 - 16:06
Azərbaycanda atmosfer havasının çirklənməsinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı hazırlanacaq

Azərbaycanda atmosfer havasının çirklənməsinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı hazırlanacaq

04 Noyabr 2026 - 16:04
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib

Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib

04 Noyabr 2026 - 16:01
AÇG-də sərbəst qaz layihəsi çərçivəsində neft hasilatına başlanılıb

AÇG-də sərbəst qaz layihəsi çərçivəsində neft hasilatına başlanılıb

04 Noyabr 2026 - 12:28
AÇG-dən dövlətə ötürülən səmt qazının həcmi azalıb

AÇG-dən dövlətə ötürülən səmt qazının həcmi azalıb

04 Noyabr 2026 - 12:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.