İran Ermənistanla Azərbaycan arasında münaqişənin həlli üçün istənilən yardımı göstərməyə hazır olduğunu bildirib.
Elchi.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmisi Nasir Kənani Teleqram kanalında yazıb.
“Ölkəmiz iki qonşu ölkə arasındakı fikir ayrılıqlarının həllində hər cür yardıma hazır olduğunu bildirir”, – Kənani qeyd edib.
Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələri ölkəmizlə sərhəddə təxribat törədib. Bunun nəticəsi olaraq döyüş toqquşması baş verib.