İran İsrailin müttəfiqləri vasitəsilə Təl-Əvivə xəbərdarlıq edib ki, Qəzza zolağına hücumları dayandırmasa, “sabah çox gec olacaq”.
Elchi.az xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.
“Biz sionist quruma müttəfiqləri vasitəsilə məlumat verdik ki, əgər onun Qəzza zolağındakı cinayətləri dayanmasa, sabah çox gec olacaq”, – Abdollahian Əl- Cəzirə telekanalına müsahibəsində deyib . İran XİN rəhbərinin qeyd etdiyi kimi, “Qəzzəyə [sektora] qarşı təcavüzü dayandırmaq mümkün olmasa, hərbi cəbhələrin genişlənməsi istisna edilmir, bunun ehtimalı hər saat artır”.
“İran bu vəziyyətdə tamaşaçının yerini tuta bilməz”, – Abdullahiyan vurğulayıb. Onun sözlərinə görə, Tehran siyasi səylərin münaqişənin genişlənməsinin qarşısını alacağına ümid edir.
Nuranə Məmmədova