Qəzzaya hücumlar səbəbilə Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dənizdə İsrail gəmilərinə hücumlarını artırıb, Aralıq dənizi təhlükəsi isə İran İnqilab Keşikçiləri Korpusundan gəlib.
Elchi.az xəbər verir ki, İnqilab Keşikçiləri Komandiri Məhəmməd Rza Nakdi ABŞ və İsrailin Qəzzada törətdiyi cinayətlərin davam edəcəyi təqdirdə Aralıq dənizinin nəqliyyata bağlanacağını bildirib.
Yəməndəki husilər Qəzzaya hücumlar səbəbilə son həftələrdə Qırmızı dənizdə bir çox ticarət gəmisinə hücum etsə də, bəzi şirkətlər marşrutlarını dəyişməli olub.
Hücumların arxasında İranın olduğunu deyən ABŞ-ın rəhbərliyi ilə Qırmızı dənizdə müdafiə missiyasının yaradılması da gündəmdədir .
Digər tərəfdən, Reuters İranın birbaşa əlaqəsi olmayan Aralıq dənizində naviqasiyanın qarşısını necə ala biləcəyinin aydın olmadığına diqqət çəkib. Livandakı Hizbullah və Suriyadakı bəzi qruplar Aralıq dənizi ilə əlaqəsi olan İrana bağlı təşkilatlar kimi seçilir.
Fələstin-İsrail müharibəsi başlayandan sonra ABŞ və İngiltərə Şərqi Aralıq dənizinə hərbi gəmilər göndərdi.
Nuranə Məmmədova