İranda zəlzələ nəticəsində yaralananların sayı 99-a çatıb.
Bu barədə İSNA agentliyi məlumat yayıb.
Hörmüzqan əyalətinin Tibb Universitetinin nümayəndəsi Fatimə Nuruzian yaralılardan 10 nəfərinin xəstəxanalara yerləşdirildiyini bildirib.
Onun sözlərinə görə, artıq 88 nəfər tibbi yardım aldıqdan sonra evə buraxılıb.
Qeyd edək ki, dünən İranın cənubunda 6.3 və 6.4 bal gücündə ardıcıl iki zəlzələ baş verib.