İranda dağıntılar altında qalan 6 mədənçinin cəsədi tapılıb

101

İranın Simnan əyalətində ötən gün kömür mədənində baş verən partlayışda həyatını itirən 6 şaxtaçının cəsədi tapılıb.
Elchi.az xəbər verir ki, İran dövlət televiziyasına danışan Simnan valisi Məhəmməd Rza Haşimi mövzu ilə bağlı məlumat verib.
Haşimi təxminən 10 saatlıq işdən sonra 6 nəfərin cəsədinin tapıldığını bildirib.
İlk təsbitlərə görə partlayışın qazın sıxılması nəticəsində baş verdiyini bildirən Haşimi, qazdan təsirlənən mədənçilərin aparıldıqları xəstəxanada müalicə olunduğunu bildirib.
Digər tərəfdən partlayışla bağlı istintaq başladıldığı bildirilib.
İran mediası dünən axşam saatlarında Simnan vilayətinin Damqan rayonundakı Rezmcah Tezareh kömür mədənində partlayış baş verdiyini və 6 nəfərin həyatını itirdiyini açıqlayıb.

Şayəstə Hüseynova