İranda “Cüt tapmaq mərkəzləri” açılıb

112

İranın Gənclər və İdman Nazirliyinin Planlaşdırma və Sosial İnkişaf üzrə baş direktoru Mehdi Müttəkifer bildirib ki, ailə həyatı qurmağı asanlaşdırmaq üçün 15 əyalətdə 33 nöqtədə “cüt tapmaq mərkəzləri” açılıb.
Elchi.az xəbər verir ki, İranlı Tələbələr Xəbər Agentliyinə (İSNA) danışan Müttəkifer ölkədə son illərdə gündəmdə olan evlənməmə probleminə qarşı atılan addımları açıqlayıb.
Müttəkifer, “15 əyalətdə 33 yerdə tanışlıq mərkəzləri açılıb”.
Müttəkifer bu mərkəzlərin yerləşdiyi bəzi əyalətləri sadalayır: 8-i paytaxt Tehranda, 5-i Qumda, 4-ü İsfahanda, hər biri Şərqi Azərbaycanda iki, Rezevi Xorasan və Kohgiluye Buyer Əhməd, Qərbi Azərbaycan, Çahar Mahal-Bəhtiari, Şimali Xorasan, Zəncan.O, Kirmanşah və Gülüstan vilayətlərində də mərkəzlərin olduğunu bildirdi.
Müttəkifer ailə quruculuğunu asanlaşdırmaq üçün açılan mərkəzlərin bir qisminin məscid və mədəniyyət mərkəzlərində yerləşdiyini və pulsuz xidmət göstərdiyini, bəzi mərkəzlərin isə xidmətlərinə görə ödəniş aldığını bildirib.

Şayəstə Hüseynova