İranda Mahsa Emini nümayişlərinin başladığı günlərdə dayandırılan polisin avtomobil sahiblərinə göndərdiyi “hicab pozuntusu mesajı” bərpa edilib.
Elchi.az İran mediasına istinadən xəbər verir ki, avtomobilləri məcburi hicab qaydasını pozan nəqliyyat vasitəsi sahiblərinin telefonlarına xəbərdarlıq mesajları göndərilməyə başlayıb.
Məlumdur ki, “Avtomobiliniz hicab qaydasını pozub” xəbərdarlığının tətbiqi sentyabr ayında Mahsa Emini nümayişləri başlayanda dayandırılıb.
Müraciətə əsasən, təkrar qayda pozuntusu halında nəqliyyat vasitəsinin sahibi mühafizəyə çağırılır.
Şayəstə