Qafanda konsulluq açandan sonra İranla Zəngəzurda iqtisadi və sosial layihələr reallaşdırmaq üçün müzakirələr başlayıb.
Elchi.az xəbər verir ki, bu sözləri mediaya açıqlamasında Qərbi Zəngəzurun qubernatoru Robert Qukasyan deyib.
“İnvestisiya, mədəni və sosial proqramlar var. Biz hələ proqramların icrasına başlamamışıq, lakin onların bir çoxunun analizi son mərhələdədir, onlara start verilməlidir”, – o bildirib.
Qubernator İranla Qərbi Zəngəzurun təhlükəsizliyi baxımından müzakirələrin aparılıb-aparılmaması sualına mənfi cavab verib.
XTQ-də hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti...





















Son şərhlər