İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi xaricdə yaşayan müxalifləri İsrailə casusluqda ittiham edib.
Elchi.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı bəyanatda bildirilib.
Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi 28 ölkədə İsrailin kəşfiyyat xidmətinə (MOSSAD) casusluq edən şəxsləri müəyyən etdiyini iddia edib.
Bəyanatda istəmədən MOSSAD-ın tələsinə düşənlərin özlərini təslim edəcəyi təqdirdə bağışlanacaqları bildirilib.
İran hökumətinə müxalif təşkilatlar və insan haqları müdafiəçiləri bu bəyanatı “müxaliflərə təhdid” adlandırıblar.