İranın yarı rəsmi Fars Xəbər Agentliyi kiberhücumla bağlı agentliyin baş meneceri saxlanılıb.
Elchi.az xəbər verir ki, İran dövlət televiziyasının mövzu ilə bağlı yaydığı xəbərə görə, İnqilab Keşikçiləri Korpusuna yaxınlığı ilə tanınan Fars Xəbər Agentliyinə edilən kiberhücumdan sonra “agentlik xəbərlərini təhrif edərək saxta bülletenlər hazırladığı” iddia edilən bir işçi saxlanılıb.
Həbs edilən agentlik əməkdaşının adı xəbərlərdə açıq-aydın yazılmasa da, A.T həmin şəxsin Agentliyin baş direktorunun müavini Abbas Tevanger kimi kodlaşdırıldığı iddia edilib.
Digər tərəfdən, paytaxt Tehranda keçirilən mətbuat konfransında sualı cavablandıran Ədliyyə sözçüsü Məsud Setayeşi, Fars Xəbər Agentliyinin yüksək rütbəli şəxslərindən birinin nəzarətə alındığını təsdiqləsə də, onun kimliyini açıqlamayıb.
Şayəstə