İran və Pakistan birgə hərbi işçi qrupunun yaradılması barədə razılığa gəliblər.
Elchi.az-ın məlumatına görə, İranın “Mehr” agentliyi xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmmədhüseyn Baqiri bildirib.
General-leytenant Şahir Şəmşadla telefon danışığında Baqeri onu Pakistan Ordusunun Birləşmiş Qərargah rəisi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. İranlı komandan bildirib ki, iki tərəf təhlükəsizlik və müdafiə sahəsində, xüsusilə də ümumi sərhədlərin təmini sahəsində qabaqcıl əməkdaşlığı həyata keçirir.
O əlavə edib ki, yüksək rütbəli komandirlərin görüşləri, təhsil, əməliyyat və təhlükəsizlik sahələrində bilik mübadiləsi iki dövlətin qarşılıqlı əlaqələrin genişləndirilməsinə ciddi münasibətindən xəbər verir.
General-leytenant Şahir Şəmşad bildirib ki, birgə hərbi əməliyyat qrupunun yaradılması Pakistan Ordusunun ən yüksək prioritetidir.
Yeganə