“İran və Avrasiya İqtisadi İttifaqının (Aİİ) Katibliyi arasında Azad Ticarət Zonası (STA) sazişi üzrə danışıqlar başa çatıb, sənəd Aİİ ölkələrinin parlamentlərinə və İrana təqdim olunacaq”.
Elchi.az bu barədə TASS-a istinadən xəbər verir ki, bu sözləri İran İslam Respublikasının Moskvadakı səfiri Kazem Cəlali mətbuat konfransı zamanı bildirib.
“İran İslam Respublikası ilə Aİİ Katibliyi arasında azad ticarət sazişi üzrə danışıqlar başa çatıb. Təbii ki, bu saziş altı ölkənin-Aİİ-yə üzv olan beş ölkənin parlamentləri və İran parlamentinə təqdim edilməlidir”,-deyə Cəlali qeyd edib.
Yeganə