İran şirkətləri Ermənistanda kimya məhsulları və yazı alətləri istehsalına başlayacaq.
Bunu Ermənistanın İqtisadiyyat naziri Vaan Kerobyan “ deyib.
“İşçi qüvvəsi Ermənistandan cəlb olunacaq, çünki şirkətlərin müraciətlərində Avrasiya İttifaqına daxil olmayan ölkələrin vətəndaşları üçün lazım olan iş icazələri tələb olunmayıb”, – Kerobyan bildirib.
Erməni nazirin sözlərinə görə, iranlı iş adamlarının müraciəti artıq Ermənistan hökumətinin idarələrarası komissiyasında nəzərdən keçirilir və çox güman ki, gələn cümə axşamı hökumətin iclasında təsdiqlənəcək.