İran ABŞ-ın Demokratiyanı Dəstək Fonduna qarşı sanksiyalar siyahısını genişləndirəcək.
Elchi.az Trend-ə istinadən bildirir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib.
A.Musəvinin sözlərinə görə, qanuna əsasən Demokratiyanı Dəstək Fondu ilə əməkdaşlıq edən şəxslərin ilk qrupu sanksiyalar siyahısına əlavə olunacaq.
İranlı rəsmi qeyd edib ki, ilk siyahıda bu fondun İran xalqına qarşı sanksiyaların tətbiq olunması ilə bağlı addımlarında təsiri olan müxtəlif millətlərdən şəxslər var.
Xatırladaq ki, İran Xarici İşlər Nazirliyi 24 avqustda ABŞ-ın Demokratiyanı Müdafiə Fondu və fondun direktoru Mark Duboviçi sanksiya siyahısına daxil edib. Bu fondun ABŞ-ın İrana qarşı sanksiyalarının hazırlanmasında iştirak etdiyi bildirilib.
Qeyd edək ki, ABŞ 2018-ci il noyabr ayından İrana qarşı sanksiyalar tətbiq və sanksiyaların siyahısını bir neçə dəfə genişləndirib.
ABŞ Prezidenti: İrlandiyanın birləşməsini çox istəyirəm
ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın idarəçiliyi altında qalan Şimali İrlandiyanın İrlandiya Respublikası ilə vahid dövlətdə birləşməsini arzu edir. Elchi.az...





















Son şərhlər