İranın Almaniyadakı səfiri həbsdə olan etirazçının edam edilməsi ilə bağlı Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
Elchi.az xəbər verir ki, Möhsün Şikarinin edam hökmünün icrasından sonra Almaniyanın xarici işlər naziri Annalena Berbok dünən öz Tvitter səhifəsində bu məsələ ilə bağlı paylaşım edib.
“Möhsün Şikari hökumətə qarşı çıxdığı üçün vicdansız şəkildə məhkum olunub edam edilsə də, edam təhlükəsi xalqın azadlığa nail olmaq istəyini boğa bilməyəcək”, – o qeyd edib.
İranın Xarici İşlər Nazirliyi isə Avropa ölkələri rəsmilərinin bəyanatlarını İranın daxili işinə müdaxilə adlandırıb.
Qeyd edək ki, həbs edilən etirazçılara qarşı edam hökmlərinin sayı artıb. BMT-nin İran üzrə məruzəçisi Cavid Rəhman həbsdə olan 21 etirazçıya edam təhlükəsi olduğunu bildirib.
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Pan-Afrika Parlamentinin prezidenti Fateh Butbiqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə...





















Son şərhlər