İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Şəhriyar Heydəri bildirib ki, Rusiya istehsalı olan Su-35 döyüş təyyarələri 3 ay ərzində Tehrana çatdırılacaq.
Elchi.az xarici mediaya istinadən xəbər verir ki, İranın Tesnim Xəbər Agentliyinə danışan Heydəri Rusiyadan gələcək müdafiə sənayesi avadanlıqları haqqında məlumat verib.
“İranın Rusiyadan sifariş etdiyi Su-35 döyüş təyyarələri gələn ilin əvvəlində (hicri Şəmsi təqvimi ilə martın 21-dən başlayaraq) ölkəyə gələcək”, – deyə Heydəri bildirib.
Ötən illərdə İranın Rusiyadan Su-30 qırıcıları alacağı xəbəri gündəmə gəlib. İran Ordusu Hərbi Hava Qüvvələrinin komandanı Həmid Vahidi 2022-ci ilin sentyabrında verdiyi açıqlamada Rusiyadan Su-35 alacaqlarını demişdi.
Yeganə