“İran xalqı həm radikal İslami inqilabdan əvvəl, həm də 43 ildir qaranlıqda yaşamasına baxmayaraq, elə indi də bu bölgənin ən açıq fikirli toplumudur. Sosial yaşam və digər məsələlər etibarilə Avropadan belə öndədir”.
Elchi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Həşim Səhrablı FB hesabında qeyd edib:
“Belə bir toplumda radikal dini cərəyanların üzvləri qələbə qazana bilməyəcək qədər azdır. Radikallar qələbə qazanıbsa, səbəbini xaricdə axtarmaq lazımdır.
Dolayısı ilə, həmin radikalllarla mübarizə aparmaq üçün, onu xaricdə qoruyanlarla mübarizə lazımdır. Tək İran xalqını nəzərdə tutmuram.
Məsələn, sabah Azərbaycana təhdid yaradacaq İran rejiminə qarşı mübarizə Tehranda deyil, Parisdə aparılmalıdır.
Ya da, gec olmadan Paris ilə hesablaşmaq, lazım olsa “taviz verib”, lazım olsa “taviz almaq” lazımdır”.
Şayəstə