Azərbaycanın xarici siyasəti ondan ibarətdir ki, qonşu ölkələrlə yaxşı münasibətlər olsun. Biz bu istiqamətdə ardıcılı addımlar atmışıq. İranla Azərbaycan arasında bir sıra layihələr həyata keçirilib.
Elchi.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
“İran mediasında Azərbaycana qarşı söylənilən fikirlər bizi narahat edir. İranlı həmkarım bu məsələlərə həssaslıqla yanaşır və münasibətlərimizdə xoşagəlməz halların aradan qaldıırlması üçün addımlar atır. Bizim onlarla birbaşa əlaqələrimiz var”, – nazir vurğulayıb.
Milli Məclisin deputatları ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə müraciət ünvanlayıb
Milli Məclisin deputatları, bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə məktubla müraciət ediblər....





















Son şərhlər