Elchi.az xəbər verir ki, İrandakı etirazlar dünya çempionatında da öz əksini tapıb. İranlı futbolçular İngiltərə matçında dövlət himnini müşayiət etməyərək öz ölkələrindəki nümayişlərə dəstək veriblər.
Futbolçular Uels matçında dövlət himnini oxuyublar. Lakin azarkeşlər fit çalaraq vəziyyətə etiraz ediblər.
İran milli komandasının futbolçuları İngiltərə ilə dünya çempionatı matçında dövlət himnini oxumayıblar. O, ölkədəki etirazlara dəstək verib.
Uels oyununda geriyə addım atıldı. Futbolçular dövlət himnini müşayiət ediblər.
Amma stadionda birdən fit səsləri yüksəldi.
İran tərəfdarları etirazlarını dövlət himninin səsləndirilməsi zamanı da davam etdiriblər. Kimisi yuhaladı, kimisi alqışladı.
Futbolçuların təzyiq altında olduqları, buna görə də himni müşayiət etdikləri iddia edilib.
Komandanın hücumçusu Mehdi Taremi oyunöncəsi mətbuat konfransında Tehrandan dövlət himninin oxunması üçün heç bir təzyiq görmədiklərini açıqlayıb.
Rejim tərəfdarları ilə etirazçılar stadionun ətrafında üz-üzə gəlib. Stadionun qarşısında gərginlik yaşanıb.
Şayəstə