İran millət vəkilləri etirazçılara qarşı sərt cəza tələb etdi

34

İran parlamentinin bir qrup millət vəkili ölkənin məhkəmə sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejeiyə məktub yazıb.

Elchi.az xəbər verir ki, deputatlar son bir neçə ay ərzində baş verən etiraz aksiyalarının sistemə qarşı təhdid olduğunu bildiriblər.

Onlar Tehran rejmindən etirazçılara qarşı sərt cəza tədbirləri tətbiq etməyi və hakimiyyətin gücünü göstərməsini istəyiblər.