İran Londonda fəaliyyət göstərən “Iran International” televiziyasında çalışan qadını həbs edib

66

Londonda yerləşən və “terror təşkilatı” elan edilən müxalif media orqanında çalışan bir qadın İranda “zorakılıq aksiyaları təşkil edən nümayişçiləri təhrik etdiyinə” görə həbs edilib.

Elchi.az xəbər verir ki, İranın yarı rəsmi Tesnim Xəbər Agentliyi “İran İnternational” televiziyasında çalışan İlham Əfkarinin ölkədən qaçmaq istəyərkən kəşfiyyat bölmələri tərəfindən yaxalandığını açıqlayıb.

Xəbərdə iddia edilib ki, “həbs edilən şəxs İran İnternational təşkilatının əsas agentlərindən biri olub və İrana böhtan atmaq, gəncləri üsyana dəvət etmək, xalq arasında iğtişaş və terror yaratmaq üçün çoxsaylı fəaliyyət və hərəkətlər edib. .”
İran administrasiyasının müxalif media təşkilatının Səudiyyə Ərəbistanı tərəfindən dəstəkləndiyinə dair iddialarını təkrarlayan xəbərdə İran Beynəlxalq televiziyası “Beynəlxalq Səudiyyə Ərəbistanı terror şəbəkəsi” olaraq xarakterizə edilib.

Şayəstə