İranın 29 yaşlı supertankeri bir neçə illik fasilədən sonra yenidən Xarq adasında görünüb. Bu, Tehranın neft anbarlarının dolması səbəbindən neft yükləmək üçün istifadədən çıxarılmış gəmilərdən istifadə edə biləcəyi ehtimalını yaradır.
Elchi.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.
“Nüvə İranına Qarşı Birləşmiş Cəbhə” təşkilatı tərəfindən araşdırılan peyk görüntülərinə istinadən hazırlanan hesabatda bildirilir ki, bazar günü İranın ən böyük neft ixracı terminalı olan Xarq adasında İran bayrağı altında üzən, 1997-ci il istehsalı olan çox böyük “Nasha” neft tankeri lövbər salıb.
Məryəm





















