İranın Mülki Aviasiya Təşkilatı yerli istehsal olan təyyarənin yaxın həftələrdə ilk uçuşu üçün planlarını dərc edib.
Elchi.az bu barədə Tasnim Agentliyinə istinadən xəbər verir.
İranın Mülki Aviasiya Təşkilatının baş direktoru Məhəmməd Məhəmmədibəxş ölkənin sərnişin təyyarələri istehsalı sahəsində irəlilədiyini bildirib. Onun sözlərinə görə, təyyarənin istehsalına görə məsuliyyəti Müdafiə Nazirliyi öz üzərinə götürüb, prosesə isə Mülki Aviasiya Təşkilatı nəzarət edir. “İran-140” təyyarəsinin yeni platformasının istehsalının birinci mərhələsi başa çatıb.
Məhəmmədibəxş bildirib ki, İran istehsalı olan təyyarədən müxtəlif məqsədlər üçün istifadə planları yenilənib:
“Güman edirik ki, “İran-140″ təyyarəsinin yeni platforması bu ilin sonuna kimi ilk uçuşunu həyata keçirəcək. İranda 330 sərnişin təyyarəsi var, onlardan yalnız 175-i istifadədədir. İranda 90 hava limanının olduğunu və əhalisinin 80 milyon nəfərdən çox olduğunu nəzərə alsaq, ölkənin ən azı 550 müxtəlif tipli və sinifli təyyarələrə ehtiyacı var”.
Yeganə