İranın xarici işlər naziri Abbas Erakçi ABŞ ilə nüvə danışıqlarının bərpasının hazırda mümkün olmadığını bildirib.
Elchi.az xəbər verir ki, Tehranda mətbuata açıqlama verən Erakçi deyib: “Hazırda ABŞ ilə danışıqlar aparmaq imkanı yoxdur, çünki ABŞ-dan müsbət və ya konstruktiv yanaşma görmürük”.
Erakçi bildirib ki, ABŞ tərəfi “bərabərliyə və qarşılıqlı faydalı razılaşmaya əsaslanan danışıqlara hazırdırsa”, nüvə danışıqlarının bərpası mümkün olacaq.
Aprel ayında başlayan İran və ABŞ arasında nüvə danışıqları prosesi İsrail və ABŞ-ın İrana hücumlarından sonra dayandırılıb. Omanın vasitəçiliyi ilə iki ölkə arasında danışıqların bərpası üçün sonrakı cəhdlər ABŞ-ın İrandan uran zənginləşdirmə fəaliyyətlərini tamamilə dayandırmasını və raket proqramını məhdudlaşdırmasını tələb etməsi səbəbindən uğursuz olub.
Şayəstə





















