İranın Aviasiya Sənayesi Təşkilatının (İAİO) rəhbəri, 2-ci briqada generalı Afşin Hace Fard bildirib ki, İran gələn il “Ghaher-313” döyüş təyyarəsinin pilotsuz versiyasını təqdim edəcək.
Elchi.az xəbər verir ki, bu barədə İranın Mehr xəbər agentliyi məlumat verib.
Onun sözlərinə görə, “Ghaher” variantları İran silahlı qüvvələrinə təqdim olunacaq.
O, daha əvvəl qeyd edib ki, İran helikopterlərin əsaslı təmiri sahəsində özünü təmin etməyə nail olub.
Bildirilir ki, “Ghaher-313” çoxməqsədli döyüş təyyarələri imkanlarına malik bir oturacaqlı gizli qırıcıdır.
Yeganə