Türkiyə-Azərbaycan birliyinin güclənməsi və İsrailin Qafqazda artan nüfuzunun qarşısını almaq üçün İran Ermənistana PUA verməyi planlaşdırır.
Elchi.az xəbər verir ki, bu haqda ABŞ-ın “Jamestown Foundation” analitik mərkəzi məlumat yayıb.
“Tehran Bakını regiondakı maraqlarına uyğun addımlar atmağa inandıra bilmədiyi üçün Azərbaycana qarşı “məcburetmə taktikası”na əl atıb. Görünür, Bakının barışmazlığına cavab olaraq İran Qafqaz sülh prosesini pozmaq üçün Azərbaycanın rəqibi Ermənistana PUA-lar vermək istəyir. Tehranın Zəngəzur dəhlizi layihəsindən imtina etmək, eləcə də Təl-Əvivlə tərəfdaşlığını dayandırmaq üçün Bakını “qorxutmaq” cəhdləri əks nəticə verib”.
Qeyd edək ki, bir müddət əvvəl Tehran Respublikası Ermənistana külli miqdarda tank əleyhinə raketlər hədiyyə etmişdi.
YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP-ın VII qurultayından sonrakı dövrdə fəaliyyəti barədə hesabat...





















Son şərhlər