İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Bagiri ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçirilib.
Elchi.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bagiri bölgədə gərginliyin davam etməsinin Ermənistan və Azərbaycanla yanaşı regionun digər ölkələrinin də maraqlarına zidd olduğunu deyib.
Tehranın Azərbaycan və Ermənistan arasında problemlərin həllinə kömək etməkdə maraqlı olduğunu deyən Bagiri iki ölkənin sərhədlərinə nəzarətçilər göndərməyə hazır olduqlarını bildirib.
“Heç bir ölkənin müdafiə gücünün və hərbi potensialının artırılması təcavüzkar məqsəd və niyyətlərlə müşayiət olunmamalıdır. Regiondan kənardan yeni aktorların olması mürəkkəbliyi və gərginliyi artırır”, – iranlı general deyib.
Səudiyyə Ərəbistanı Kralı Prezident İlham Əliyevi təbrik edib
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir...





















Son şərhlər