İran dünyanın gözlədiyi addımı atdı

🗓 21.07.2014 16:36 ✍️ "Elçi" qəzeti
İran hökuməti zənginləşdirilmiş uranın bütün ehtiyatlarını məhv edib.img1607637
Axar.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agfentliyindən (MAQATE) məlumat verilib.
MAQATE müşahidəçilərinin fikrincə, zənginləşdirilmiş uranın təhlükəli ehtiyatlarını məhv edilməsi onu göstərir ki, İran diplomatik danışıqları pozmaq istəmir.
MAQATE ilə əldə olunan razılaşmaya əsasən, İran üzərinə götürdüyü digər öhdəlikləri də yerinə yetirəcək.
Qeyd edək ki, İran və “altılıq” ölkələri arasındakı növbəti görüş sentyabr ayında keçiriləcək. Yekun razılaşmanın isə noyabrda əldə olunacağı gözlənilir.

Bənzər yazılar