İran bir ölüm hökmünü ləğv edib

101

İranda Mahsa Emini nümayişləri zamanı müxtəlif ittihamlarla edama məhkum edilən iki müttəhimdən birinin hökmü ləğv edilib, digəri üçün isə ölüm hökmü qüvvədə saxlanılıb.
Elchi.az xəbər verir ki, İranın “Şark” qəzetinin məlumatına görə, Mahsa Emini nümayişləri zamanı “polis öldürmək” ittihamı ilə mühakimə olunduğu İnqilab Məhkəməsində edam cəzasına məhkum edilən Məhəmməd Kubadluya verilən edam hökmü Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılıb.
İnqilab Məhkəməsi tərəfindən mühakimə olunaraq edam cəzasına məhkum edilən Cevad Ruhinin nümayişlər zamanı “ictimai malların dağıdılması, Qurani-Kərimin yandırılması kimi ağır cinayətlər törətdiyi” əsası ilə hökmü ləğv edilib.
Ruhinin vəkili Mecid Kaveh iddia edilən cinayətlərə görə 3 dəfə ölüm cəzasına məhkum edilən müvəkkili haqqında verilən ittiham qərarlarının Kassasiya Məhkəməsi tərəfindən ləğv edildiyini və mühakimə prosesinin davam etdiriləcəyini açıqlayıb.

Şayəstə Hüseynova