ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris Rusiyanı ABŞ-İran müharibəsində ən böyük qalibiyyət adlandırıb.
Elchi.az xəbər verir ki, Associated Press (AP) onun sözlərini “YouTube” kanalında yayımlayıb.
“İran müharibəsində ən böyük qalibin kim olduğunu bilmək istəyirsiniz? Rusiya”, – Harris qeyd edib.
Siyasətçi qeyd edib ki, ABŞ prezidenti Donald Tramp sanksiyaları ləğv edərək, artıq Moskvaya neft satışından pul qazanmağa imkan verib. Harris həmçinin əlavə edib ki, İranla hərbi münaqişə Vaşinqtonu Yaxın Şərqə artilleriya, sursat və hava hücumundan müdafiə sistemləri göndərməyə məcbur edib.
Onun sözlərinə görə, əks halda bu resurslar Ukraynaya yönələcək.
Yeganə





















