İran ABŞ-ın İraqdakı bazalarını vurdu!

İraqın Ərbil şəhərində raket hücumları ilə bağlı xəbərlərin ardınca İran İnqilab Keşikçiləri Korpusu bölgədəki "anti-İran terror qrupları və casusların qərargahlarını ballistik raketlərlə vurduğunu" açıqlayıb. Elchi.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb. İnqilab Keşikçiləri Ordusunun yazılı açıqlamasına əsasən, bölgədəki anti-İran terror qruplaşmalarının kəşfiyyat qərargahları və görüş yerləri ballistik raketlərlə hədəfə alınıb. "İran düşmənlərinin son terror cinayətlərinə cavab olaraq, casus və terrorçuların qərargahı gecə yarısı İnqilab Keşikçiləri Ordusunun ballistik raketləri ilə hədəfə alınaraq məhv edilib". Pentaqon rəsmiləri hücumlarda ABŞ bazalarına zərər verilmədiyini açıqlayıb. Nuranə Məmmədova