İran mətbuatında ölkəyə 4 ədəd “Airbus” təyyarəsinin gətirildiyi xəbərindən sonra səlahiyyətlilər alışı təsdiqləyib.
Elchi.az bu barədə “Ntv.com.tr”-yə istinadən bildirir.
İran Tələbələr Xəbər Agentliyinin (İSNA) məlumatına görə, İran Mülki Aviasiya Təşkilatının vitse-prezidenti Həsən Huşu təyyarənin idxalını təsdiqləyib.
“Fransada istehsal olunan “Airbus 340” tipli təyyarə bu yaxınlarda ölkəyə gətirildi”, – deyə Huşhu bildirib.
Lakin idxalın təfərrüatları barədə məlumat verilməyib.
Yeganə