Ermənistanda baş qaldıran etiraz dalğası getdikcə böyüyür. Dinc aksiya keçirənlər bir neçə gündür gecəni Baqramyan prospektində keçirirlər. İndi aksiya iştirakçıları İrəvanın digər mərkəzi hissəsini – Maştosa prospektini tutmağı planlaşdırırlar.
Gecə saatlarında adıçəkilən prospektləri birləşdirən Fransa meydanı, Sayat Nova küçəsini də bağlayıblar. Bununla da şəhərin mərkəzinə hərəkət məhdudlaşıb.
“Talana yox” aksiyası iştirakçılarına sürücülər də qoşulub. Onlar siqnallar verməklə öz dəstəklərini- həmrəyliklərini nümayiş etdirirlər.
ANS PRESS-in məlumatına görə, bu təşəbbüs Ermənistan rəhbərliyini ciddi təşvişə salıb. Polis İdarəsinin rəisi Valeri Qasparyan aksiya iştirakçılarına yalvarmağa başlayıb ki, onlar bu fikirlərindən daşınsınlar və mərkəzi prospekti bağlamasınlar.
Uzun müddətli danışıqlardan sonra yolda hərəkət nisbətən açılıb.
O, elektrik enerjisi qiymətlərinin qalxmasına qarşı etiraz edənlərə müraciətlə deyib: “Əgər vətəndaşlar qanundan kənar hərəkətlərə yol verməsələr polis xalqa qarşı heç bir güc tətbiq etməyə təşəbbüs göstərməyəcək. Siz burada ona görə canlı divarı hördünüz ki, sanki biz xalqın düşmənləriyik?! Əksinə, biz xalqın müdafiəçiləriyik. Bu bizim ümumi şəhərimizdir, paytaxtın əsas prospektlərini bağlamaq olmaz”.
Onun müavini Unan Poqosyan isə jurnalistlərə bildirib ki, etiraz edənlərin arasında silahlı şəxslər aşkar edilib və onlar burada xüsusi qurğular yerləşdiriblər.
Xatırladaq, Baqramyan prospektində ölkə əhalisinin oturaq piketi beş gündür davam edir. Onlar elektrik enerjisi tariflərinin artımına qarşı çıxır və “Soyğuna yox”, “Talana yox” şüarları səsləndirirlər. Mitinq edənlər vurğulayırlar ki, iyunun 19-da başlamış aksiyalar sırf sosial xarakteri daşıyır. Biz dövlət başçısından qiymətlərin nizama salınması üzrə komissiyanın elektrik enerjisi tariflərinin 6,93 dram artırılması haqqında iyunun 17-də verdiyi qərarın ləğv olunmasını tələb edirik.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...
Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri...
Bu gün İtaliyanın Siciliya adasının qərbindəki Marsala yaxınlığında sahildə nadir ikili su tornadosu yaranıb. Elchi.az "Euronews"a istinadən xəbər verir ki,...
Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar...
Son şərhlər