Bu gün İrəvanın Azadlıq meydanında “KTMT-yə yox, KTMT-dən çıx” şüarı ilə aksiya keçirilir.
Elchi.az erməni mediasına istinadən xəbər verir ki, aksiya iştirakçıları KTMT-nin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə heç bir aydın qiymət vermədiyini bildirirlər.
“Hesab edirəm ki, biz KTMT-dən çıxmalıyıq. Vladimir Putin və Aleksandr Lukaşenkonun Ermənistana ayaq basmağa haqqı yoxdur”,- deyə “Məlumatlı Vətəndaşlar İttifaqı” QHT-nin təsisçisi Daniel İoannisyan bildirib.
Yeganə