Ermənistan Dövlət Gəlirləri Komitəsinin əməkdaşları İran vətəndaşlarının iştirakı ilə narkotik qaçaqmalçılığı zəncirini aşkar ediblər.
Elchi.az xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.
“İran vətəndaşı H.S. ümumi çəkisi 4 kq 166 qram olan metamfetamin kimi narkotik maddə olan 3 qutunu Avstraliyaya göndərməyə cəhd göstərib. Müvafiq bağlama Zvartnots hava limanının yük terminalında tapılıb. İlkin araşdırma zamanı müəyyən edilib ki, H.S. İrəvandakı otellərdən birində yerləşib. Onun otağından da ümumi çəkisi 4 kq olan 3 qutu analoji maddə aşkar edilərək götürülüb. Bundan cəmi bir neçə gün əvvəl isə o, Avstriyaya çəkisi 4 kq olan metamfetamin olan bağlama göndərə bilib. Qəbul edən şəxs də İran vətəndaşı E.T. olub. Hər iki iranlı saxlanılıb. Dövriyyədən bazar dəyəri təxminən 1 milyon dollar olan 10 kq-dan çox metamfetamin çıxarılıb”, – məlumatda deyilir.
iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi
Consumer Intelligence Research Partners analitik şirkəti 2024-cü ilin birinci rübündə - yanvarın 1-dən martın 31-dək iPhone satışlarına yekun vurub. Siyahıya...





















Son şərhlər