İrəvanda Türkmənistan vətəndaşı hücuma məruz qalıb

🗓 23.05.2025 14:05 ✍️ "Elçi" qəzeti
İrəvanda Türkmənistan vətəndaşı hücuma məruz qalıb
İrəvanda Türkmənistan vətəndaşına bıçaqla hücum edilib. Elchi.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Polisə paytaxtın mərkəzində yaralı şəxsin tapılması barədə məlumat daxil olub. O, qarın nahiyəsində kəsilmiş-deşilmiş yara diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Polis zərərçəkənin Türkmənistan vətəndaşı Erdan Egenqurdiyev olduğunu müəyyən edib. Qeyd olunur ki, hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır və hücum edəni axtarır. Cinayət işi başlanılıb.

Bənzər yazılar