İrəvan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb – Paşinyan

45

Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıbmı? Bəli, tanıyıb.

Elchi.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

“Bunun müəllifləri Vardan Oskanyan və Robert Köçəryandır. Serj Sərkisyan və Edvard Nalbəndyan isə bu irsi hakimiyyətə gəlmək şərti kimi qəbul etdilər. Həmçinin Robert Köçəryan 1998-ci ildə hakimiyyətə gəlməyin ilkin şərti kimi Qarabağı danışıqlar prosesindən kənarlaşdırdı”, – N.Paşinyan qeyd edib.