Dekabrın 22-də İqtisadi Şuranın növbəti iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Elchi.az-a bildiriblər ki, Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycan Respublikası Prezidentinin “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Sərəncamından irəli gələrək maliyyə-bank sistemində qanunvericilik aktlarına təklif olunan dəyişikliklərin layihələri ətraflı müzakirə olunub.
İclasda Mərkəzi Bankın sədri Taleh Kazımovun məruzəsi dinlənilib və qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində müvafiq tövsiyələr verilib.
Azərbaycanın qızıl ixracı 29%-ə yaxın artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici bazarlara 271,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Elchi.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya...





















Son şərhlər